06.06.2016

     Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunmuş VI bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.

   Şamaxıda Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunmuş VI bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.
   Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Şamaxının millət vəkili Elxan Süleymanov,Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev,tanınmış şair Musa Yaqub və başqaları çıxış edərək şairin yaradıcılığından, onun poeziyasının əhəmiyyətindən danışmış, 6-cı ildir keçirilən M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin rayonun mədəni həyatında mühüm yer tutduğunu bildirmişlər.Müsabiqədə Şamaxı şəhər Texniki-humanitar və təbiət fənləri təmayüllü internat tipli liseyin şagirdi Səmayə Abdullayeva I yerə, Şamaxı Humanitar Kollecinin tələbəsi Könül Kərimova və Göylər kənd 1 saylı tam orta məktəbin şagirdi Rühəngiz Qasımova II yerə, şəhər 1 saylı tam orta məktəbin şagirdi Məlahət Əfəndiyeva, şəhər 9 saylı tam orta məktəbin şagirdi Xəyal Rüstəmov və Qızmeydan kənd tam orta məktəbinin şagirdi Aysun Sadıqova III yerə layiq görülmüşlər
   Sonda qaliblərə diplom və pul mükafatları təqdim edilmişdir.


Açar sözlər: ,