Şamaxı  Rayon Təhsil Şöbəsi 1920-ci ildən fəaliyyət göstərir.İlk olaraq  Şamaxı Rayon Maarif Komissarlığı adı ilə fəaliyyət  göstərsədə sonradan Şamaxı Rayon Maarif Şöbəsi,daha sonralar isə Şamaxı Rayon Təhsil Şöbəsi kimi fəaliyyətini davam etdirmişdir.Şamaxı Rayon Təhsil Şöbəsinin strukturunda müdir,məsləhətçilər,metodkabinet və mühasibatlıq fəaliyyət göstərir.Şamaxı Rayon Təhsil Şöbəsinin tabeçiliyində 76 tədris müəssisəsi vardır.Bunlar 2 lisey,49 tam orta,17 ümumi orta,4 ibtidai və 4 məktəbdənkənar müəssisəsidir.