Eyvaz Məhəmmədəli oğlu Eminalıyev

 

14  oktyabr 1963-cü ildə Kürdəmir rayonunun Axtaşı kəndində anadan olmuşdur. 1981-1985-ci illərdə ADPU-nun filologiya fakültəsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.

E.M.Eminalıyev filologiya üzrə fəlsəfə doktorudur. O, 2006-2013-cü illərdə AMİ-nin Şamaxı filialında “Dil-ədəbiyyat və onların tədrisi metodikası” kafedrasına rəhbərlik etmişdir.

60-dan artıq  məqalə, 8 monoqrafiya, 2 metodik vəsait, 2 proqram və 1 dərs vəsaiti müəllifidir. Ədəbiyyatımızda milli memuar  ədəbiyyatının ilk sistemli tədqiqatçısıdır. O, “Vektor” Beynəlxalq  Elm Mərkəzi Mükafat layihəsinin qalibi olmuş, “XXI əsrin  tanınmış  alimi” Beynəlxalq Diplomu ilə təltif edilmişdir. Haqqında “XXI əsr Azərbaycan alimləri və maarifçiləri”, “Şamaxı” ensiklopediyalarında elmi  oçerk verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 oktyabr tarixli 1775 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi,sosial-iqtisadi və mədəni həyatında xidmətinə görə "Tərəqqi" |N1 -1775| medalı ilə təltif edilmişdir.

E.M.Eminalıyev qüdrətli şair M.Ə.Sabir irsinin tədqiqi tarixində və ölkənin təhsil sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu Evi” tərəfindən ən yaxşı vətənpərvər tədqiqatçı alim Qızıl Medalı ilə təltif olunmuşdur.O,Gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə və ictimai işlərdə səmərəli fəaliyətinə gorə Azərbaycan Həmkarlar İttifaqlari Konfederasiyasi,Təhsil İşçiləri Azad Həmkarlar İttifaqinin Azərbaycan Respublikasi Komitəsi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir.                    

E.M.Eminalıyev 2010-2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak etmişdir. Azərbaycan  Müəllimlərinin XIV  Qurultayının nümayəndəsi olmuşdur.

2013-cü il tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 noyabr  2013-cü il tarixli, 46-25-7768/16 saylı razılıq məktubu və Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2013-cü il 111 nömrəli Sərəncamı ilə Şamaxı Rayon Təhsil Şöbəsinin  müdiri vəzifəsinə  təyin edilmişdir.

Ailəlidir,iki övladı var.