19.02.2020

Regional  müşavirə keçirilib

Fevralın 18-də Şamaxı  şəhərində  regional müşavirə keçirilib. Müşavirə “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar keçirilib.

Təhsil Nazirliyinin təşkilatçılığı və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin (ANAMA) dəstəyi ilə keçirilən müşavirədə Təhsil Nazirliyi Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı İsaq Məmmədov, Şamaxı RİH-nin başçısının 1-ci müavini Qasım Qasımov, Şamaxı RTŞ-nin müdiri Namiq Nağıyev, ANAMA-nın nümayəndəsi İdris İsmayılov, Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazov, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev, Şamaxı, Göyçay, İsmayıllı, Kürdəmir, Qobustan, Ağsu, Ucar, Zərdab rayonlarının RTŞ müdirləri, məktəb direktorları və hərbi rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları mövzu ilə əlaqədar çıxışlar ediblər.

Tədbir müzakirələrlə başa çatdırılıb.