10.02.2020

“Voleybol” idman növü üzrə rayon birinciliyi  keçirilib

8 fevral   tarixində şəhər 9 saylı tam orta məktəbin idman zalında məktəblilərin  spartakiadasının    proqramına daxil olan “Voleybol” idman növü üzrə yarış keçirildi. Gərgin və maraqlı idman mübarizəsindən sonra qaliblər müəyyən olunub. Oğlanlar arasında I yerə şəhər 6 saylı, II yerə Mədrəsə qəsəbə, III yerə isə Şamaxı Avropa liseyinin komandaları layiq görüldülər. Həmçinin qızlar arasında I yerə Əngəxaran kənd, II yerə şəhər 6 saylı, III yerə isə şəhər 9 saylı tam orta məktəbin komandaları layiq görüldülər.

Qaliblər sonda Şamaxı RTŞ-si və Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərman və diplomlarla təltif edildilər. 


Açar sözlər: ,  ,  ,  ,