08.02.2020

Növbəti təhsilyanı şura keçirilib

 6 fevral tarixində Şamaxı Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura keçirilib.

 Şurada çıxış edən  RTŞ-nin  müdiri Namiq Nağıyev qarşıda görüləcək işlərlə bağlı, xüsusilə IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq vəziyyəti, eləcədə şagirdlərin fənn olimpiadalarının rayon mərhələsində qalib gələn şagirdlərin yarımfinal turuna hazırlıqları ilə bağlı  direktorlara bir  sıra  tapşırıqlar verib. Daha sonra fənn olimpiadalarının rayon mərhələsinin nəticələri və Təhsil Nazirliyi tərəfindən sonuncu dəfə IX siniflər üçün keçirilən sınaq imtahanının nəticələri geniş şəkildə müzakirə edilib.

 İclasda çıxış edən  təhsil meneceri Zamilə Rəhimova IX siniflər üçün keçirilən sınaq imtahanının nəticələrini təhlil edərək məktəblər üzrə nəticələri əhatəli şəkildə direktorlara izah edib.

 Tədbirdə RTŞ müdiri olimpiada və sınaq imtahanında zəif nəticə göstərən məktəblərin rəhbərlərinə xəbərdarlıq edərək, onlara işlərində qısa müddət ərzində dönüş yaratmalarını tapşırıb.

 Sonda RTŞ əməkdaşları müəyyən məsələlərlə bağlı çıxış ediblər.


Açar sözlər: ,  ,  ,