24.01.2020

Respublika fənn olimpiadalarının rayon mərhələsinin qalibləri  ilə görüş  keçirilib

23 yanvar   tarixində Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev Heydər Əliyev Mərkəzində Şamaxı rayonu üzrə respublika fənn olimpiadalarının rayon mərhələsinin qalibləri və həmin şagirdlərin təhsil aldığı məktəblərin rəhbərləri ilə görüşüb. Görüşdə qalib şagirdləri və onların təhsil aldıqları məktəblərin rəhbərlərini təbrik edən RTŞ-nın   müdiri onlara növbəti mərhələlərdə uğurlar arzulayıb.

Məktəb rəhbərlərinə tapşırıq verərək, şagirdlərin növbəti yarımfinal mərhələsinə daha yaxşı hazırlaşması üçün məktəblərdə işin ciddi şəkildə qurulmasını və lazımi şəraitin yaradılmasının vacibliyini bir daha diqqətə çatdırıb.