21.10.2019

IX sinif şagirdlərinin buraxılış imtahanlarının II mərhələsinə hazırlıq məqsədilə monitorinq keçirilib

19 oktyabr tarixində Təhsil Nazirliyi və Şamaxı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə IX sinif şagirdlərinin buraxılış imtahanlarının II mərhələsinə hazırlıq məqsədilə monitorinq keçirilib. Monitorinq şəhər 2 və 6 saylı məktəblərdə keçirilib və 1100 şagird iştirak edib. Yüksək səviyyədə keçirilən monitorinqdə şagirdlər üç fənn üzrə 90 sualı 3 saat müddətində cavablandırıblar.

 Qeyd edək ki, bu tipli monitorinqlərin keçirilməsi buraxılış imtahanlarında şagirdlərin daha sərbəst olmaları və yüksək nəticə göstərmələrinə şərait yaradır.

 Monitorinq nəticələrinin yaxın günlərdə elan ediləcəyi gözlənilir.


Açar sözlər: ,  ,  ,  ,  ,