05.10.2019

"Beynəlxalq müəllimlər" günü münasibətilə tədbir keçirilib

4 oktyabr tarixində Şamaxı şəhərində Şamaxı Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şamaxı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr "Beynəlxalq müəllimlər" günü münasibətilə tədbir keçirilib.

Tədbirdə İcra Hakimiyyətinin baş məsləhətçisi Rəşad Əliyev, Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Fatmaxanım Quliyeva, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər bayram münasibətilə müəllimləri təbrik edərək onlara, bu şərəfli və çətin işlərində uğurlar arzulayıblar.

 Sonda bədii hissə ilə tədbir davam etdirilib.


Açar sözlər: ,  ,  ,