16.09.2019

5 modul tipli məktəb binasının açılışı keçirilib

16 sentyabr tarixində Şamaxı rayonunda bilik günü münasibətilə Təhsil Nazirliyi tərəfindən inşası başa çatdırılan 5 modul tipli məktəb binasının açılışı keçirilibdir.

 2019-2020-ci tədris ilindən etibarən 5 kəndin şagirdləri modul tipli 80 şagird yerlik Laləzar, 80 şagird yerlik Ərçiman, 20 şagird yerlik Cabanı, 20 şagird yerlik Sabirli və 20 şagird yerlik Çıraqlı kənd ümumi orta məktəblərində təhsillərini davam etdirəcəklər. Açılış mərasimində məktəb kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

 Qeyd edək ki, açılışı olan modul tipli məktəblər tam şərait və istilik sistemi ilə tam təchiz edilibdir.