08.09.2019

600-dən artıq bal toplayaraq ali məktəbə daxil olan məzunlarla görüş keçrilib

  6 sentyabr tarixində Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində 600-dən artıq bal toplayaraq ali məktəbə daxil olan məzunlarla görüş keçirib

 Görüşdə həmçinin ötən illərdə ən yüksək balla ali məktəblərə qəbul olunan tələbələr, eləcə də millət vəkilinin təşəbbüsü və dəstəyi ilə 2011-ci ildən etibarən keçirilən Sabir Bədii Qiraət Müsabiqəsinin qalibləri iştirak edib. Görüşdə Şamaxı rayon Təhsil şöbəsinin müdiri Namiq Nağıyev, millət vəkili Elxan Süleymanov və digər qonaqlar çıxış ediblər.

 Görüşün sonunda yeni tələbə adı qazananlara hədiyyə və mükafatlar təqdim olunub, xatirə fotoşəkli çəkdirilib.


Açar sözlər: ,  ,  ,