04.09.2019

Məktəb direktorları üçün bölmə iclası keçirilib

 4 sentyabr tarixində Şamaxı Rayon Təhsil Şöbəsinin akt zalında məktəb direktorları üçün bölmə iclası keçirilib.

 Bölmə iclasında Təhsil Şöbəsinin müdiri tərəfindən ötən tədris ilinin yekunları təhlil edilərək, direktorlara növbəti tədris ilində görüləcək işlər haqqında tapşırıq və tövsiyyələr verilib, eyni zamanda işlərində məsuliyyətli olmaqları bildirilibdir. Daha sonra Təhsil Şöbəsinin əməkdaşları çıxış edərək müxtəlif istiqamətlər üzrə izahlar və tapşırıqlar veriblər.

 Sonda direktorları maraqlandıran suallar cavablandırılıb.