03.09.2019

2-5-6-cı siniflərin rəhbərləri üçün seminar keçirilib

2 sentyabr tarixində Şamaxı şəhər Mədəniyyət mərkəzində ümumtəhsil məktəblərinin 2-5-6-cı siniflərin rəhbərləri üçün seminar keçirilib.

Seminar Fövqaladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin nümayəndələri tərəfindən təşkil edilib. Seminarda İcra hakimiyyətinin və Təhsil Şöbəsinin nümayəndələri də iştirak edibdir. Müəllimlərə “Fövqəladə hallar, onların fazaları, təsnifatı, xüsusiyyətləri və fövqəladə hal baş verdikdə insanların davranış psixologiyası”, “Məktəblilərin mülki müdafiə biliklərinə yiyələnməsinin təşkili və mülki müdafiə işinin təkmilləşdirilməsi”, “Fərdi mühafizə vasitələrindən istifadə qaydaları”, “Məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli” və s. mövzular haqqında geniş məlumat verilib.

 Sonda seminar iştirakçılarını maraqlandıran suallara ətraflı cavablar verilib.