18.02.2019

Yeni məktəb binası istifadəyə verilib

 18 fevral  tarixdə Çağan  kənd ümumi  orta  məktəbinin  20 yerlik modul tipli tədris binası istifadəyə verilib. Keçirilən açılış mərasimində Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz  Eminalıyev  və əməkdaşları,yerli icra nümayəndəsi və bələdiyyə sədri, kənd camaatı və məktəb kollektivi iştirak ediblər.Çıxış edən natiqlər  ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar.

Digər çıxışlarda isə  respublikamızın bütün bölgələrində olduğu kimi, Şamaxı rayonunda da ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən işlərdən, həyata keçirilən layihələrdən söz açılıb. Diqqətə çatdırılıb ki, tezliklə bu qəbildən olan daha bir neçə məktəb binası istifadəyə veriləçək.

Açılış mərasimində Rayon Təhsil Şöbəsinin müdiri , habelə valideynlər çıxış edərək təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda qonaqlar yeni binada müasir inventar və avadanlıqla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri ilə taniş olublar.