16.09.2018

Şamaxı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

        07 sentyabr 2018-ci il tarixində Şamaxı şəhər “Şirvangöl” şadlıq sarayının çöl zalında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.Konfransda Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qasım Qasımov,Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev,rayonun hüquq mühafizə orqanlarının və idarə təşkilatların rəhbərləri,təhsil işçiləri,yüksək bal toplayan məzunlar və onların valideynləri iştirak ediblər.

        İlk öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.Konfrans iştirakçıları sonra tədbirin keçirildiyi məkanda  məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.Sonra  rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev geniş hesabat məruzəsi ilə çıxış edərək ötən tədris ili ərzində görülən işlər haqqında ətraflı məlumat verib.

        Qeyd edək ki,Təhsil Nazirliyi tərəfindən bu ilki təhsil konfranslarının bütün Təhsil Şöbələrinə fərqli formada keçirilməyi tapşırılıb.Şamaxı Rayon Təhsil Şöbəsi bu tapşırığa əsasən konfransın qeyri adi formada və tam yüksək səviyyədə keçirilməsini təmin edib.

 

 

           


Açar sözlər: ,  ,